2020-2021-ci tədris ilinə ölkənin dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 339 adda 7 milyon 233 min 214 nüsxə dərslik və metodik vəsaitin çap edilməsi nəzərdə tutulur.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, dövlət peşə təhsili müəssisələri üçün ümumilikdə 96 adda 185 699 nüsxə dərsliyin çap edilməsi nəzərdə tutulur.