“Biz yüz ildir susmuşuq və bunlar artıq quduzlaşıblar. Ermənilər torpaqlarımızı işğal ediblər, özlərinə orda dövlət qurublar və bundan sonra artıq türk dünyasına qarşı işğala başlayıblar”
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. Kinorejissor erməni mafiyasının hər zaman bizə qarşı ideoloji təbliğat apardığını bildirib:
“Çox təəssüflər olsun ki, ermənilərin aprel döyüşləri ilə bağlı çəkdikləri filmi görməmişəm, amma haqqında məlumatım var. Amma o böyük siyasiləşmiş erməni mafiyası ilə xristian dünyasının açıq-aydın türk dünyasına qarşı təşkil etdikləri ideoloji savaşdır. Mən bu haqda fikirlərimi deyib böyük bir layihə də işləmişəm. Biz yüz ildir susmuşuq və bunlar artıq quduzlaşıblar. Ermənilər torpaqlarımızı işğal ediblər, özlərinə orda dövlət qurublar və bundan sonra artıq türk dünyasına qarşı işğala başlayıblar. Ona görə biz buna adekvat cavab verməlidir. Məmurlarımızın rüşvətxorluğu, özbaşınalığı ölkənin daxili problemidir və biz vaxtımızı məmurların bu cür hərəkətlərinə sərf etməli deyilik, bununla bağlı ayrıca bir qurum yaradılmalıdır. Biz isə ermənilərə qarşı təbliğat aparmalıyıq. Biz səfərbər olmalıyıq. Məndə bununla bağlı ciddi sənədlər var. Ermənilərin gördüyü işlərin arxasında Rusiya imperiyasının və xristian dünyasının maraqları var.
Biz hansı şeyi vaxtında çəkib ortaya qoymuşuq ki? Aprel döyüşlərinin qalibi bizik, amma hələ də filmimiz ortada yoxdur. Qırx ildir “Şah İsmayıl Xətai”, “Ağa Məhəmməd Şah Qacar” qucağımda qalıb. “Qan yaddaşı” adlı bir filmin çəkilişlərinə başlamışdım, amma o da yarımçıq qalıb. Götürüb onu çəkib tamamlayaq aparıb Kannda təqdim etsinlər. Amma məni yaxın qoymurlar. Mənə heç kəs kömək edib, səsimə səs vermir”.
Qeyd edək ki, ermənilərin aprel döyüşləri ilə çəkdiyi saxta filmi 22-26 iyunda Kannda onlayn keçirləcək kino-bazarına (The Marche du Film-Festival de Cannes) çıxarılacaq. Məsələ bir neçə gündür ki, Azərbaycan ictimaiyyətində müzakirələrə səbəb olub.