“Cəmiyyət bəzi ünsürlərdən təmizlənəcək, daha da sağlam olacaq”.
Bunu Milli Məclisin iclasında deputat Musa Qasımlı bildirib.
Onun sözlərinə görə, vaxtilə Vaqif Hüseynov və Əbdürrəhman Vəzirovun qapısının ağzında “yatanlar” üzə çıxarılacaq.
“Cəmiyyət daha da sağlamlaşacaq”, – deyə M.Qasımlı əlavə edib.
Qeyd edək ki, Vaqif Hüseynov 1989-1991-ci illərdə Azərbaycan Dövət Təhlükəsizlik Komitəsinin sədri olub.
Əbdürrəhman Vəzirov isə 1988-ci ilin mayından 1990-cı ilin 20 yanvarına qədər Azərbaycana rəhbərlik edib.