Milli Məclis sədrinin müavini Adil Əliyev bəzi deputatları sosial şəbəkələrdə aparılan söyüş kampaniyasına qarşı susqunluqda təqsirləndirib.
Oxu.Az-ın xəbərinə görə, A.Əliyev parlamentin iclasında bildirib ki, ən çox təhqir olunan insanlardan biri də özüdür.
“Ən çox hədəf seçilən insanlardan biri də mənəm. Amma bəzi deputatlar təhqirlərə qarşı münasibət bildirmirlər. Bu isə qarşı tərəfi daha da həvəsləndirir”, – deyə A.Əliyev əlavə edib.
Vitse-spiker söyləyib ki, söyüş kampaniyası susqunluq nümayiş etdirən deputatlara qarşı da yönələ bilər.