Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin təşkilatçılığı ilə 02 iyun 2020-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümünə həsr olunmuş “Azərbaycan regionlarının inkişafının coğrafi məsələləri” mövzusunda gənc tədqiqatçıların Respublika virtual Elmi konfransı keçiriləcəkdir.
Elmi konfrans Microsoft Teams platforması üzərindən onlayn formatda olmaqla saat 12:00-da başlayacaqdır.
Virtual elmi konfransda iştirak etmək istəyən şəxslərin 01 iyun 2020-ci il saat 17:00-dək shekermammadova@bsu.edu.az ünvanına müraciət etməsi xahiş olunur.