ABŞ prezidentinin “Twitter” də başda olmaqla bəzi sosial şəbəkələri qapatma təhdidindən sonra “facebook”un qurucunu Mark Zukerberq rəqiblərinə təpki göstərib.
AENPRESS.INFO-Moderator.aza istinaden xəbər verir ki, Zukerberq 2016-cı ildə ABŞ-da prezident seçkiləri zamanı Rusiyanın “facebook” üzərindən seçkilərə müdaxilə etdiyini fevral ayında başa düşdüyünü etiraf edib.
Zukerberq açıqlamasında “Twitter”dən fərqli siyasətlərinin olduğunu bildirib:
“İnanıram ki, “facebook” insanların internetdə söylədiklərinin hamısını müəyyən edən bir amil olmamalıdır. Ümumiyyətlə, özəl şirkətlər, xüsusən də bu platformalar bu vəziyyətdə olamamalıdır”-deyə o, bildirib.
Xatırladaq ki, “Twitter” son günlər dezinformasiyaların qarşısını almaq üçün paylaşımların altına “məlumatı doğrula” etiketini əlavə edib. Trampın Kaliforniya əyalətində “uzaqdan səs ver” mövzusunda paylaşımlarına da bu etiket əlavə edilib.  Bundan əsəbiləşən Tramp açıqlamasında göstərilən xəbərdarlığın ifadə azadlığını məhdudlaşdırdığını və 3 noyabr seçkilərinə müdaxilə etdiyini bildirərək onları günahlandırıb.