Nə olsun ki?.. Biz də Bakı səmasında kefimiz istədiyi vaxt atəşfəşanlıq təşkil edib uşaqlar kimi böyüklərin də başını qata bilirik…

Mayın 19-da Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış  separatçı-terrorçu rejimin işğalçı “müdafiə ordusu” Ağdam şəhəri yaxınlığındakı “Tiqranakert” adlandırılmış Şahbulaq ərazisində yerləşən    təlim poliqonunda “yerli mütəxəssislər tərəfindən hazırlanmış və modernləşdirilmiş pilotsuz zərbə uçuş aparatını” sınaqdan çıxarıb.
Moderator.az xəbər verir ki,  qondarma rejimin qanunsuz “müdafiə nazirliyi» mətbuat xidmətinin yaydığı məlumata görə, “pilotsuz uçuş aparatı müxtəlif texniki vasitələrdən avtonom şəkildə fəaliyyət göstərir, yüksək idarəetmə və  atəş qabiliyyətinə malikdir, texniki cəhətdən aparıcı ölkələrin oxşar aparatlarından aşağı səviyyədə deyil və asanlıqla idarə olunur».
“Qarşıdakı aylarda bu tipli pilotsuz uçuş aparatlarının kütləvi istehsalına başlanacaq, onlar Artsaxın müdafiə sistemində tam yerlərini tutacaqlar”- düşmənlərimizin yaydığı məlumatda belə deyilir
Azərbaycan səmasında yeni dronun sınaqlarını separatçı erməni “müdafiə ordusu”nun komandanı, general-mayor Calal Arutyunyan və digər yüksək vəzifəli işğalçı hərbçilər izləyib.