Rusiya II Dünya Müharibəsinin snayper təcrübəsini öyrənir.

aenpress/info-Moderator.aza istinaden  xəbər verir ki, bu məqsədlə Rusiya Silahlı Qüvvələrində mütəxəssislər tərfindən snayperlərə xüsusi dərslər keçilir. Müdafiə Nazirliyi hesab edir ki, snayperlərin müasir döyüş metodları ilə yanaşı, həm də II Dünya Müharibəsinin əfsanəvi cütlüklərinin texnikasını mənimsəməsi faydalıdır və bu, onların döyüş bacarığını zənginləşdirir.

Təlimlərdə Stalinqrad döyüşləri zamanı snayperlərin sərgilədiyi “ov” və kamuflyaj texnikaları, hava şəraitindən əlverişli istifadə, maskalanan zaman günəşin mövqeyindən düzgün yararlanmaq, effektiv çarpaz atəş və s. kimi texnikalar öyrədilməkdədir.

Müdafiə Nazirliyi gələcəkdə də ötən əsrin ən yaxşı yeniliklərinin hərbçilərə öyrədiləcəyini bildirib. Nazirlik bildirib ki, “snayperləri yetişdirmək üçün müharibələrdə və çoxsaylı hərbi qarşıdurmalarda özünü sübut edən ən yaxşı texnika və üsullardan istifadə olunur”.