Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində qanunsuz yerləşdirilən Ermənistan silahlı qüvvələrinin müddətdən artıq hərbi qulluqçusu Enrik Aramyan ölüb.
“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, 2000-ci təvəllüdlü əsgərin ölümünə səbəb naməlum şəraitdə başından aldığı güllə yarası olub.
Hadisə ötən gün yerli vaxtla 20:30-da hərbi hissələrin birinin döyüş mövqeyində baş verib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.