“Azad Azərbaycan” Teleradio və Yayım Şirkətinin (ATV) bir əməkdaşı koronavirusa yoluxub.
Moderator.az Unikal.org-a istinadən məlumat verir ki, ATV-nin Xəbərlər Departamentinin müxbiri – Mahmud Rövşənoğlu koronavirusa yoluxduğu üçün ATU-nun Tədris Cərrahiyyə klinikasına yerləşdirilib.
O, bu barədə məlumatı təsdiqləyib.
Bununla belə, digər müxbir Heydər Məmmədov da “Atletlər kəndi”ndə karantinə alınıb.