İsveçdə yaşayan və  6 aydır itkin düşən 17 yaşlı qızdan acı xəbər gəlib. Sözügedən qız keçmiş sevgilisi tərəfindən başı kəsilmiş halda tapılıb.
Aenpress.info-Moderator.aza istinadən xəbər verir ki, ölkədə yaşayan bir immiqrant 17 yaşlı qızın başını kəsərək bədənini parçalara ayırıb. Vilma Andersson adlı qızın başı alüminyum folqaya bükülmüş halda cinayətkarın yaşadığı evdə çantanın içindən tapılıb.
Hadisədən sonra polisin suallarına cavab verməyən cinayətkarın gənc qıza “Səni parçalara ayıracağam” şəklində mesaj yazdığı ortaya çıxıb.
Qeyd edək ki, qızın bədəninin digər hissələri hələ də tapılmayıb.