Türkiyənin Şanlıurfa vilayətində bayram tətili üçün yaşadığı kəndə gedən şəxsdə koronavirus olduğu ortaya çıxıb. Baş verənlərdən sonra kənd karantinə alınıb.
Moderator.az xəbər verir ki, karantinə alınan kəndin giriş və çıxışları jandarma dəstləri tərəfindən bağlanılıb. Kənddən çıxa bilməyən vətəndaşlara qida yardımı ediləcəyi və bu yardımın karantin müddəti boyunca davam edəcəyi bildirilib.