Aenpress.info- Euronewsə istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı Avropa bürosunun direktoru Hans Klyuqe Avropanı qış fəslində koronavirusun ikinci dalğasının bürüyəcəyi barədə xəbərdarlıq edib.
Klyuqe bu dalğanın mövsümi qriplə üst-üstə düşəcəyi ehtimalını və daha təhlükəli ola biləcəyini də qeyd edib.
Onun sözlərinə görə, bəzi ölkələrdə pandemiya ilə əlaqədar məhdudiyyətlərin yumşaldılmasını bayram etməyə tələsmək tezdir, əksinə, milli səhiyyə sisteminin möhkəmlənməsinə diqqəti artırmaq lazımdır.
Klyuqe onu da qeyd edib ki, bu gün sadəcə pandemiyanın episentri Rusiya, Ukrayna və Belarusa tərəf keçib.