Bakı Dövlət Universitetinin Mexanika riyaziyyat fakültəsinin Riyazi analiz kafedrasının professoru, Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun baş elmi işçisi, AMEA-nın müxbir üzvü Vaqif Quliyevin müəllifi olduğu “Characterizations for the fractional maximal operator and its commutators in generalized weighted Morrey spaces on Carnot groups” (“Karnot qruplarında ümumiləşmiş çəkili Morri fəzalarında kəsr maksimal operator və onun kommutatorunun xarakterizasiyası”) adlı məqaləsi “Analysis and Mathematical Physics” beynəlxalq jurnalında dərc olunub.
Q1 kateqoriyalı “Analysis and Mathematical Physics” jurnalının impakt faktoru 1.792-dir. (Journal Citation Reports®, Clarivate Analytics 2019)
Məqalədə Karnot qruplarında ümumiləşmiş çəkili Morri fəzalarında kəsr maksimal operatorunun Spanne tip güclü və zəif məhdudluğunun xarakterizasiyası verilib. Həmçinin ümumiləşmiş çəkili Morri fəzalarında kəsr maksimal operatorun kommutatorunun Spanne tip məhdudluğunun xarakterizasiyası göstərilib.
Məqaləni oxumaq üçün uyğun olaraq linkə keçid edə bilərsiniz: https://link.springer.com/article/10.1007/s13324-020-00360-9
Posted in: Elm