Sosial şəbəkələrdə Qətərin paytaxtı Dohada yerləşən hava limanının müşahidə kameralarının qeydə aldığı qeyri-adi kadrlar yayılıb.
“Daily Star” xəbər verir ki, kadrlarda güclü küləyin “Boeing 787-8 Dreamliner” sərnişin təyyarəsini yerindən tərpətdiyini görmək olar.
“Qatar Airways” şirkətinə məxsus nəqliyyat vasitəsi sürüşərək “Airbus A350” təyyarəsi ilə toqquşub.
Xoşbəxtlikdən xəsarət alan olmayıb, lakin hər iki təyyarəyə ciddi ziyan dəyib.(oxu.az)