Azərbaycan Dillər Universitetinin (ADU) yataqxanasında yaşayan tələbələr kirayə ödənişindən azad olunublar.

ADU-dan AZƏRTAC-a bildirilib ki, koronavirus pandemiyası ilə əlaqədar martdan etibarən ölkə ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində dərslər təxirə salınıb, tələbələrin əksəriyyəti yaşadıqları rayonlara qayıdıb. Rektor Kamal Abdullanın qərarına əsasən ADU-nun 2 saylı qızlar yataqxanasında yaşayan tələbələr pandemiya ilə əlaqədar mart, aprel və may ayları üçün kirayə ödənişlərindən azad ediliblər.

Posted in: Elm