Rusiya hökuməti tibbi vasitələrin ölkədən çıxarılmasına qoyulmuş qadağanı ləğv edib.
Moderator.az xəbər verir ki, bu qadağa mart ayında tətbiq edilmişdi və iyun ayınadək qüvvədə olmalı idi.
Lakin hökumət tibbi humanitar yardımın göstərilməsinə dair beynəlxalq öhdəliklərin pozulmaması üçün qadağanı ləgv edib. Beləliklə, Rusiyada tibbi maskaların, əlcəklərin, baxil, bint, spirt və süni nəfəs aparatlarının, eləcə də qoruyucu kostyumların, dezinfeksiya vasitələrinin yardım və satış məqsədilə ölkə xaricinə daşınmasına icazə verilib.