Moderator.az Armenpres-ə istinadən xəbər verir ki, bu gün axşam saatlarında Ermənistanın baş nazir Nikol Paşinyan İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə telefon danışığı keçirib.
Həmsöhbətlər koronavirus epidemiyası ilə əlaqədar ölkələrindəki vəziyyət və ona qarşı mübarizə tədbirləri barədə məlumat mübadiləsi aparıblar.
Tərəflər kommunikasiya  sahəsində müvəqqəti məhdudiyyətlərə baxmayaraq, hər iki dost ölkənin ticarət və iqtisadi əməkdaşlığı davam etdirməsindən məmnunluqlarını ifadə ediblər. Dost ölkələrin rəhbərləri bu istiqamətdə gələcək addımların vacibliyini ikitərəfli şəkildə vurğulayıblar.
Nikol Paşinyan və Həsən Ruhani,  ticari-iqtisadi əməkdaşlığı böhrandan əvvəlki həcmlərinin bərpası üçün müvafiq tədbirlər görməyə hazır olduqlarını vurğulayıblar.