Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, Ukrayna Daxili İşlər naziri, erməni Arsen Avakov 24 aprel günündə Tvitter səhifəsində sözdə erməni soyqırımının 105 –ci ili münasibətilə post paylaşıb və belə bir qeyd edib:
”24 aprel erməni soyqırımını anma günüdür. Cəzasızlıq yeni cinayət törədir”.
Avakov bununla da Ukrayna Xarici işlər nazirinin müavini Darya Volodinanın dövlət məmurlarına “erməni genosidi” terminini işlətməməyi, heç bir mərasim tədbirlərdə iştirak etməmək haqqında  müraciət-məsləhətinə məhəl qoymadığını nümayiş etdirib.
Darya Voldina bunu Rusiyanın Krımı işğal etməsinə haqq qazandırdığına və Türkiyənin Ukraynanın vacib tərəfdaşı olduğuna görə olduğunu qeyd etmişdi.
Bu, Avakovun Ukrayna dövlətinin maraqlarına qarşı ilk çıxışı deyil.  Mixail Saakaşvilinin Ukrayna baş nazirinin müavini vəzifəsinə gətirilməsinə də Avakov sərt münasibət bildirib.