Tanınmış siyasi şərhçi, Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı qondarma erməni soyqırımı iddialarının növbəti ildönümündə nankor qonşularımızın növbəti haray-həşirlərini Moderator.az-a şərh edib:
“Adamdan bir sorşarlar 24 aprel günü nə baş verib ki, onu belə simvollaşdırmısınız. Vallah ermənilərin özləri də bilmirlər ki, nə olub. Bir xəstə erməni o gün yazmışdı ki, həmin gün 1, 5 milyon ermənini öldürüblər. Halbuki həmin gün İstanbulda pozuculuqla məşğul olan 234 erməni komitəçi tutuklanıb, onların çoxu da sonra azad olunub, bəziləri sürgünə göndərilib…Budur 24 apreldə olanlar. Soyqırım məsələsi çox sonralar meydana çıxıb. Və öldürülən erməniləri isə Türklərin deyil, elə erməni təşkilatlarının ayağına yazmaq lazımdır və bunu bəzi erməni siyasi xadimləri söyləyiblər. Məsələn, Mikoyanın belə bir fikri var və bu gerçəkləri söylədiyinə görə Mikoyanı ermənilər sevmirlər. İki il əvvəl İrəvan meri qərar çıxarmışdı ki, ona heykəl qoyulsun. Ermənilər bu qərarı ləğv etdirdilər. 24 aprel yalan üzərində qurulmuş bir təbliğat kampaniyasıdır və mən həmişə belə hesab etmişəm ki, ermənilər Şərqi Anadoluda, Qafqazda törətdikləri cinayətləri ört-basdır etmək üçün bunu uydurdular. İndi dəqiq faktlarla isbat olunmuşdur ki, soyqırım olubsa, onun müəllifi ermənilərdir və 503 min türk – müsəlman qətlə yetirilmişdir. Ermənilərin əlllərindəki “sənədlər” saxtadır, amma bizim əlimizdəkilər real faktlara söykənir. Ona görə onlar bu tarixi olayları araşdırmaq üçün bir komissiya yaradılmasına razılaşmırlar…”