Azərbaycan Ordusunun bütün hərbi hissə və bölmələrində 2020-ci ilin döyüş hazırlığı planına əsasən silah, döyüş və xüsusi texnika yay mövsümündə istismar rejiminə keçirilir.
Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.
Döyüş və xüsusi texnikanın yanacaq-sürtkü materialları hərbi hissələrdəki texniki xidmət məntəqələrində dəyişdirilir və onlara planlı şəkildə mövsümi qulluq göstərilir.
Silah, döyüş və xüsusi texnikanın yay mövsümündə istismar rejiminə keçirilmənin məqsədi hərbi hissələrin döyüş qabiliyyətinin artırılması, eləcə də döyüşə hazırlığın yüksək səviyyədə saxlanılmasını təmin etməkdir.