AMEA Fəlsəfə İnstitutunun əməkdaşı, BAO-nun Türk dünyası ilə əlaqələr üzrə müavini, dosent Faiq Ələkbərli Türkiyədə yeni təsis olunan jurnalın (TURKUAZ Beynəlxalq Türk Dünyası Elmi Araşdırmalar Dərgisi) redaksiya heyətinə daxil edilib (http://dergipark.org.tr/tr/pub/turkuaz?fbclid=IwAR0u5zrqdagwFjQgiro3ZTu-aw85qKu_D13XK9k8pddqrvhI1JJGkSH48Rw). Jurnalın ilk sayı iyun ayında işıq üzü görəcək.
Eyni zamanda, F.Ələkbərli Türkiyədə nəşr olunan “Atatürk”, “Akademik Tarih ve Düşünce”, Bilge Uluslararası Sosyal Araşdırmalar dərgilərinin redaksiya heyətlərinin üzvüdür.