Koronavirus pandemiyasına baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr davam etdirilir.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Zaxarova həmçinin əlavə edib ki, münaqişənin həlli ilə əlaqədar Rusiya, Azərbaycan və Ermənistan xarici işlər naziriləri arasında aprel ayında telefon danışığı baş tutub.