“Şeirimin “bir əlim dalımda, bir əlim qabağımda” misrası niyə gülüşlə qarşılanır?”-Elza meyxanaçıya cavab verdi…

Əməkdar artist Elza Seyidcahan meyxanaçı Vüqar Əbdülovun onun ünvanına səsləndirdiyi ittihamlarına cavab verib. Qeyd edək ki, V.Əbdülov müğənninin şeirlərini xoşlamadığını və onun şeir yazmasını qəbul etmədiyini bildirib.
Moderator.az-a açıqlamasında E.Seyidcahan meyxanaçının fikirlərinə belə münasibət bildirib:
“Vüqarın belə çıxışlarını başa düşmədim. Mənim üçün bu müzakirələr bir az bəsitdir. Əgər biz “Daldan atılan daş topuğa dəyər” misrasını atalar sözü kimi qəbul ediriksə, niyə mənim “Bu papağı başımda niyə gəzdirirəm?” şeirimin “Bir əlim dalımda, bir əlim qabağımda” misrasını birtəhər qəbul edirlər? Yaradıcılıqdan zövq alarkən ya düşünərlər, ya ağlayarlar, ya gülərlər, ya da ağlayarlar. Bu günki gündə bizim yaradıcılığımızdan zövq alırlarsa, danışırlarsa, gülürlərsə, demək biz şeiriyyatda nəsə deyə bilmişik. Ola bilsin mənim şeirlərimi kimlərinsə gülüşlə qarşılaması Vüqarı əsəbiləşdirir. Demək istəyirəm ki, mənim yaradıcılığım çox insanların daxili aləmini, savadını ortaya qoyur. İndiyə qədər bir əsəri, musiqini başa düşmədiyimi deməmişəm. Mən əgər şeirə xələl gətirmirəmsə, insanlarda şeirə sevgi yaratmışamsa, demək bu mənim uğurumdur. İndi kimə daş atırsan görürsən ki, şeir yazır. Bu qədər yazarların arasında Elza şeirlərindən misraları insanların dilində əzbərlətdiribsə, əlbəttə, bu mənim uğurumdur. Şeirimə gülən adamlar məni qısqanırlar. Vüqarla duetimiz də olub və ustad meyxanaçı kimi onu bəyənirəm. Mən elə də çox şeir yazmıram ki, gülsünlər, kimlərsə şeir yazıb mənim adıma çıxırlar. Bəlkə də Vüqar onları oxuyub və elə bilir ki,  mən yazmışam.
Məsələn, “Bir əlim dalımda, bir əlim qabağımda” şeirim gülüşlə qarşılanır. Demək istəyirəm ki, insan heç bir zaman əllərini cütləyib getmir, həmişə hərəkətlə gedir. Bunun açmasını balaca uşaqlar da bilir. Amma bəziləri mənim şeirlərimi erotikləşdirirlər. İndi çoxları ancaq onu fikirləşirlər ki, nə edirsən et, amma pul gətir. Buna görə hətta sənətini də satmağa hazır olan insanlar var”.
Vasif Əlihüseyn

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir