Xəbər verildiyi kimi, dünən –aprelin 14-də Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin keçirdiyi növbəti qanunsuz “prezident” “seçki”lərinin 2-ci turu başa çatıb. Nəticələrə görə, qalib keçmiş “dövlət” naziri Araik Arutyunyan olub.
 
Moderator.az xəbər verir ki, erməni nəşrlərinin yaydığı məlumata görə, Ermənistan siyasi dairələrini Gürcüstanın Qarabağdakı qondarma “seçki”lərə sərt reaksiyası bərk narahat edib.
Bu haqda hakim “Mənim addımım” blokundan olan deputat Şirak Torosyan danışıb. O deyib ki, guya bir sıra ölkələrin separatçı rejimin keçirdiyi “seçki”lərə “müsbət münasibəti”nə rəğmən Gürcüstanın buna sərt reaksiyası və Azərbaycanın ərazi bütövlüyünü tanımasını bildirməsi erməni siyasətçilərini məyus edib. Onun sözlərinə görə, xüsusən 2008-ci ildə Rusiyanın ərazisinə qoşun yeritməsindən sonra Gürcüstanın Dağlıq Qarabağdakı rejimə münasbəti səryləşib.  “Azərbaycan da daim separatçı Abxaziyada keçirilən “seçki”lərə eyni münasibət bildirib”- deyə erməni deputat məyusluqla vurğulayıb.
Sultan Laçın