AMEA-nın Fəlsəfə İnstitutunda “Fəlsəfə pandemiya dövründə” mövzusunda elmi seminar keçiriləcək. İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda pandemiya şəraitində davranış və etika qaydaları, identiklik və universallığa ideoloji baxış, pandemiyadan sonrakı yeni düzən və s. məsələlər ətrafında müzakirələr aparılacaq.

Seminarda çıxış etmək istəyənlər tezisləri (2-3 səhifə həcmində) aprelin 30-dək Sevinc_hesenova_57@mail.ru ünvana göndərə bilərlər.

Posted in: Elm