İran İslam(!) Respublikasının Azərbaycandakı səfirliyinin bu bədnam fikirlərə reaksiyasını bilmək maraqlı olardı…

“İran tərəfinin vaxtaşırı Azrəbaycanın “ərazi bütövlüyü ”prinsipi ilə bağlı səsləndirdiyi bəyanatlar bizi narahat edir. Ancaq bir şeyi unutmamalıyıq ki, “Artsax” heç vaxt Azərbaycanın ərazi bütövlüyünün bir hissəsi olmayıb”.
 
Moderator.az xəbər verir ki, bu həyasız fikirləri Yerevan universitetinin İranşünaslıq kafedrasını rəhbəri, politoloq Vardan Voskanyan  “Rusiya-Türkiyə münasibətlərinin hazırkı mərhələsi və onların Qarabağa təsiri “mövzusunda keçirilən müzakirə zamanı söyləyib.
Üzdəniraq siyasətşünas çıxışının davamında da Azərbaycan Respublikası və Qarabağ məsələsinə münasibətdə İran İslam Respublikası əvəzindən danışmaqdan çəkinməyib.
“…Ona görə də İran Azərbaycanın ərazi bütövlüyündən danışanda bu, heç də həmin dövlətin Azərbaycanın tərkibində Qarabağın mövcudluğunu nəzərdə tutması demək deyil. Bundan əlavə, İran  bir çox separatçı hərəkatların mövcud olduğu çoxmillətli bir dövlətdir. Odur ki, İran hakimiyyəti heç bir halda millətlərin öz müqəddəratını təyinetmə hüququ barədə danışmayacaq. Çünki bu, İranın müəyyən hissəsinin ondan ayrılması və sonradan Azərbaycana birləşdirilməsini nəzərdə tutan  Güney Azərbaycan problemi ilə üz-üzə qala bilər” – deyə Vardan Voskanyan vurğulayıb.
Xatırladaq ki,  bu, həmin Vardan Oskanyandır ki,  yanvarın əvvəlində general Qasım Süleymaninin qətlindən sonra  İran televiziyasna müsahibəsində adı çəkilən  generalın “Qarabağ məsələsində İranın dövlət maraqlarından çıxış edərək Ermənistana tərəf olduğunu” söyləmişdi…
P.S. İran İslam(!) Respublikasının Azərbaycandakı səfirliyinin erməni politoloqun bu bədnam fikirlərinə münasibətini bilmək maraqlı olardı…