“Allaha və öz gücümüzə güvənək ki, heç belə dələduzlara möhtac olmayaq…”

“Əgər vəzifə Rusiyanın regiondakı  təsirini zəiflətməkdirsə, onda Soros kimiləri Türkiyə də daxil olmaqla hər kəsə dəstək verməyə və  hər kəsi, o cümlədən Ermənistan və Qarabağı qurban verməyə hazırdırlar…”
Moderator.az xəbər verir ki, işğalçı ölkə  mediasının  yaydığı məlumata görə,  bu cür fikirlərlə Yerevandakı  “Alternativ Layihələr” ictimai qrupunun üzvləri  çıxış ediblər.
Ermənistanda Soros xofunun yaranmasına səbəb  Suriya İdlibində gərginliyin kəskin artması fonunda və Putin-Ərdoğanın Moskva görüşü öncəsi” “Financial Times” qəzetindəki məqaləsində  adı çəkilən dünya şöhrətli super dələduz iş adamının Avropanı Rusiya ilə qarşıdurmada Türkiyəni dəstəkləməyə çağırması olub(Xatırladaq ki, bu haqda Moderator.az xəbər yaymışdı).
“Güman edə bilmərikmi ki, Corc Soros Qarabağ münaqişəsi məsələsində və ya ümumiyyətlə, Ermənistanın həyati maraqları ilə  bağlı digər məsələlərdə də eyni şeyi edəcək? Niyə də etməsin? Türkiyənin bölgəmizdə ciddi marağı var və bu maraq Rusiya maraqlarına birbaşa ziddir. Soros açıq şəkildə Ərdoğanı Suriya istiqamətində dəstəkləyirsə, niyə o,  lazımi məqamda da Qafqazda belə etməməlidir? Niyə Rusiya hərbi bazasının Ermənistandan çıxarılmasını tələb etməməlidir? Niyə Ermənistanın KTMT-dən çıxmasını israr etməməlidir? Yaxud  Türkiyə hərbi qüvvələrinin Qarabağ münaqişəsi zonasında sülhməramlı qüvvə kimi çıxış etməsində təkid göstərməməlidir?..” –erməni  ictimai qrupunun bəyanatında belə deyilir.
 
P.S. Allaha və öz gücümüzə güvənək ki, heç belə dələduzlara möhtac olmayaq…