Fransanın Azərbaycandakı səfiri Zakari Qross Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən gərginliyə münasibət bildirib.
APA-nın xəbərinə görə, səfir jurnalistlərə açıqlamasında deyib ki, Fransa Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların davam etdirilməsini dəstəkləyir.
“2020-ci ildə tərəflər arasında hər hansı gərginliyin olmayacağına və danışıqların uğurla davam edəcəyinə ümid edirəm. Biz Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların davam etdirilməsini dəstəkləməyə davam edəcəyik”, – deyə səfir qeyd edib.