Xəbər verdiyimiz kimi bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin Moskvada görüşəcək.
Moderator.az xəbər verir ki, prezidentlər İdlibdəki vəziyyəti yolunaq qoymaq üçün danışıqlar masasına keçəcəklər. Bildirilir ki, 28 fevraldan bu yana Putin Ərdoğanla görüşdə gücünü göstərmək üçün həm dəniz, həm də hava yolu ilə Suriyaya 5 döyüş gəmisi və 12 təyyarə göndərib.
Rusiya Müdafiə Nazirliyi mövzuyla bağlı heç bir sualı cavablandırmayıb. Türkiyə rəsmiləri də Rusiyanın hava və dəniz yolları ilə bu cür daşımalarına hər hansı bir məhdudiyyət tətbiq etmək planları olmadığını bildirib. Araşdırmalar göstərir ki, Rusiya bölgədəki hərbi texnikalarını  2019-cu ildən bəri son həftədə sürətli şəkildə artırıb.
Vasif Əlihüseyn