Bu gün Türkiyə və Rusiya prezidentlərinin Moskvada görüşü gözlənilir. Hansı ki, bu görüş zamanı Suriyadakı mövcud vəziyyət müzakirə ediləcək, problemin həlli yolları ilə bağlı fikir mübadiləsi aparılacaq.

Moderator.az Rusiya mediasına istinadən xəbər verir ki, Moskva görüşü ərəfəsində rus siyasətçilər bugünkü görüşün mümkün nəticələri ilə bağlı bədbin proqnozlar səsləndirməkdədir. Məsələn, rsiyalı politoloq Vldamir Anoxin hesab edir ki, Moskva görüşündən sonra da Suriyada müharibə “bu və ya digər formada” davam edəcək.

Ekspertin sözlərinə görə, Moskva görüşündən sonra müəyyən bəyanatların səsləndirilməsi gözlənilsə də, bu bəyanatalar özlüyündə heç nəyi dəyişməyəcək. Buna səbəb tərəflər arasında lazımi inamın olmamasıdır.

Ekspertin sözlərinə görə, görüş zamanı Putinin Ərdoğandan başlıca tələbi Suriyada hərbi əməliyyatları dayandırmaq olacaq. Lakin politoloqun firkincə, Türkiyənin bu tələbi yerinə yetirəcəyi inandırıcı görünmür.

Seymur ƏLİYEV