Bu gün- 05 mart 2020 ci ildə müasir dünya diplomatiyasının tarixə düşəcək ən önəmli görüşlərindən biri Moskvada-Kremldə baş tutacaq. Müasir dünyanın iki nəhəng lideri – Ərdoğan və Putinin bu görüşdə nümayiş etdirəcəkləri mövqe nəinki təkcə Yaxın və Orta Şərqin taleyini həll edəcək, o cümlədən bütövlükdə Avrasiyada gələcək geosiyasi münasibətlərin əsas axarını müəyyən edəcək. Hər şey iki böyük xalqın- türklərin və rusların milli iradəsini ifadə edən Liderlərin davranışından, qəbul edəcəkləri qərardan, razılaşdırıla bilinəcək ortaq mövqelərdən asılı olacaq. Bütün dünyanın, o cümlədən dostların da, rəqiblərin də gözü və qulağı Moskvaya tuşlanıb. Avrasiyanın və dünyanın iki nəhəng dövləti sayılan Türkiyə və Rusiya Suriyada başlnmış və getdikcə genişlənən döyüş meydanına qayıdıb, minilliyin ən qanlı və dağıdıcı müharibəsini davam etdirəcək, yoxsa hər şeyi diplomatik masada həll edərək xalqlarının gələcək dinc həyatını, o cümlədən bölgənin sülh içində yaşamaq haqqını təmin edəcəklər. Mən cənab Ərdoğanın və cənab Putinin kamil insan və həqiqi lider olaraq müdrikliyinə inanıram, onlardan öz qəlblərinin səsini dinləyərək bölgəmizə sülh və firəvanlıq gətirəcəklərini gözləyirəm. Bəs siz nə düşünürsünüz?

Əli Həsənov, Prezidentin ictimai-siyasi məsələlər üzrə keçmiş köməkçisi