Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin ilk dəfə beynəlxalq platformada açıq şəkildə keçirilən  Qarabağla bağlı debatı zamanı  Ermənistanın Baş naziri Nikol Paşinyan təcavüzkar dövlətin əsl simasını, həmçinin öz şəxsi səbatsızlığı  və siyasi savadsızlığını bir daha nümayiş etdirdi.

Əsassız açıqlamalarından birində üzdəniraq erməni lideri Azərbaycan Respublikasının guya “100 faiz ermənilərdən ibarət” keçmiş  Şaumyan rayonunun Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində olduğunu iddia edib. Və “İndi orada bir nəfər də olsun erməni yoxdur, çünki  həmin rayon Azərbaycan tərəfinin etnik təmizləməsinə məruz qalıb”-deyə Paşinyan növbəti iftirasını dilə gətirib.  Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın  birinci rəsmi şəxsinə bölgənin Dağlıq Qarabağa daxil olmadığını xatırladıb… Digər bir sərsəmləməsində isə Paşinyan iddia edib ki, guya Azərbaycan müstəqillik əldə edəndə Dağlıq Qarabağ adlanan ərazi onun tərkibində olmayıb. Əlbəttə, təcavüzkarın hər yalan və iftirasını ətraflı və detallı ifşa etməyə vaxt yetməyib…
Azərbaycan Respublikasının birinci Prezidenti Ayaz Mütəllibov Moderator.az-ın rus versiyasına geniş açıqlamasında bəsirətsiz bir böhtançı  olan Paşinyanın   böhtanlarını bir daha ifşa edib.