“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinnin sədrinin yeni müavini təyin olunub.
Lent.az -ın əldə etdiyi məlumata görə, Rəşad Nəsirov sədrin müavini vəzifəsindən azad olunub. Rafiq Həşimovun onun yerinə müavin təyin olunduğu bildirilir.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov faktı təsdiqləyib.