İdlibdə Əsəd ordusunun hücumu zamanı şəhid olan çavuş Enes Alpərin və döyüşçü yoldaşı İbrahim Albayrağın nişanlı olduqları öyrənilib.
Moderator.az xəbər verir ki, hər iki şəhidin yaxınları toy hazırlıqlarına başlayarkən onların şəhid xəbərini alıblar. E.Alpərin bir ay öncə nişanlandığı və qarşıdakı bir neçə ay ərzində onun toy hazırlıqlarına başladıqları deyilir.
Şəhid olan İ.Albayrağın isə daha dəhşətli həyat hekayəsi var. Belə ki, İbrahimin dayısı Xeyrullah Güvənc xərçəng xəstəliyindən dünyasını dəyişib. Ailəsi isə dəfn mərasiminə gedərkən yolda İbrahimin şəhid xəbərini alıb. İbrahimin də səkkiz ay öncə nişanlandığı və yay aylarında toyu olacağı deyilir.
Qeyd edək ki, Rusiyadan dəstək alan Əsəd rejiminin hücumu zamanı beş türk əsgəri yaralanıb və  beş isə şəhid olub. Hücuma cavab verən Türkiyə Silahlı Qüvvələri 101 düşmən hərbmçisini məhv edərək şəhidlərinin qisasını alıb.