Türkiyənin Bolqarıstanla sərhəddə yerləşən Kapıkule gömrük-keçid məntəqəsində keçirilən əməliyyat nəticəsində 2 tondan çox marixuana ələ keçirilib.
“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Ruhsar Pekcan deyib.
“Gömrük mühafizə əməkdaşlarımız tərəfindən Kapıkuledə 2,7 ton marixuana ələ keçirilərək yeni rekorda imza atılıb. Bu, ölkə tarixində quru sərhəddə birdəfəyə ələ keçirilən ən böyük miqdarda narkotikdir”, – nazir vurğulayıb.