2015-ci ilin sentyabr ayını 2-də düşmənin kəşfiyyat-diversiya hücumunun qarşısını alarkən başından ağır yaralanan və indiyədək müalicə olunan Qoşqar Hacəyev dünyasını dəyişib.
Moderator.az-a bu haqda aprel döyüşlərinin iştirakçısı Niyazi İsgəndərov məlumat verib. Onun sözlərinə görə Q.Hacıyev bu gün səhər saatlarında müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, Q.Hacıyev Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Bakıda EGE Hospitalında müalicə olunurdu.
Allah rəhmət eləsin!