9 fevral 2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar yanvar ayının 17-dən başlayaraq ölkənin bir neçə internet saytında dairələr üzrə keçirilən “Seçki-2020 onlayn səsvermə” keçirilib.
Moderator.az-ın məlumatına görə, sorğunun nəticələri artıq məlumdur.
Qeyd edək ki, “Seçki-2020 onlayn səsvermə”-nin nəticəsi olaraq həm dairələr üzrə ən çox səs gələn namizədlər, həm də sorğuda Respublika üzrə ən çox səs toplayan 10 namizəd müəyyən olunmuşdur.
“Seçki-2020 onlayn səsvermə”də ən çox səs toplayan 10 namizədin siyahısını təqdim edirik:
QAFAROV KAMALƏDDİN NƏSRƏDDİN oğlu- 9 saylı Binəqədi 2-ci seçki dairəsi (Dairə üzrə 1-ci, Respublika üzrə 1-ci)
ƏLİYEV ADİL ABIŞ oğlu – 20 saylı Nərimanov 2-ci seçki dairəsi (Dairə üzrə 1-ci, Respublika üzrə 2-ci)
ƏSƏDOV OQTAY SABİR oğlu- 45 saylı Abşeron seçki dairəsi (Dairə üzrə 1-ci, Respublika üzrə 3-cü)
PAŞAYEVA QƏNİRƏ ƏLƏSGƏR qızı- 105 saylı Tovuz seçki dairəsi (Dairə üzrə 1-ci, Respublika üzrə 4-cü)
HACIYEV EMİN MƏCİD oğlu– 43 saylı saylı Sumqayıt 3-cü seçki dairəsi (Dairə üzrə 1-ci, Respublika üzrə 5-ci)
MƏMMƏDOV HİKMƏT BABA oğlu- 19 saylı Nərimanov 1-ci seçki dairəsi (Dairə üzrə 1-ci, Respublika üzrə 6-cı)
ABBASOV RAUF ARİF oğlu – 35 saylı Xətai 3-cü seçki dairəsi (Dairə üzrə 1-ci, Respublika üzrə 7-ci)
MİRKİŞİLİ TAHİR FAMİL oğlu- 42 saylı saylı Sumqayıt 2-ci seçki dairəsi (Dairə üzrə 1-ci, Respublika üzrə 8-ci)
NAĞIYEV ARZU NƏSİB oğlu- 104 saylı saylı Gədəbəy-Tovuz dairəsi (Dairə üzrə 1-ci, Respublika üzrə 9-cu)
ŞƏFAQƏTOV RÜSTƏM ŞAHVƏLƏD oğlu -33 saylı Xətai 1-ci seçki dairəsi (Dairə üzrə 1-ci, Respublika üzrə 10-cu)
“Seçki-2020 onlayn səsvermə”də dairələr üzrə qalib olmuş namizədlər: Səslərlə tanış olmaq üçün aşağıdakı linkə baxa bilərsiniz.