Hadisə Türkiyənin Ədirnə şəhərində baş verib.
Ədirnə Kesan qəsəbəsində zibil konteynerinə atılan bir çantadan yeni doğulmuş bir qız uşağı tapılıb.
Polis körpənin anasının 14 yaşlı A.A. olduğunu  müəyyənləşdirib. Ana və körpəsi müalicə üçün xəstəxanaya aparılıb.
Hadisə, axşam saatlarında mahalın Aşağı Zaferiyə rayonun Yormaz Prospektində meydana gəlib. Hadisə yerinə yaxın yaşayan  Nebahat Gümüş, pəncərədən baxarkən evinin önündəki zibil konteynerinə sarı çanta atan  bir qadın görüb. Bir müddət sonra zibil qabından ağlama səsləri eşidən  Gümüş gedib çantanı yoxlayıb və içərisindən yeni doğulmuş körpə qız uşağı tapıb. Dərhal səlahiyətli orqanlara məlumat veririlib. Hadisə yerinə polis və  həkimlər gəlib. Körpə, həkimlər tərəfindən Keşan Dövlət Xəstəxanasına  müalicə üçün alınıb.
Keşan Rayonu Polis idarəsi şahidlərin ifadələribi aldıqdan sonra körpəni atanın A.A. olduğunu dəqiqləşdirib. Evə gedən polis A.A.-nın evdə doğuş etdiyini öyrənib. doğuş edən “ana” Müalicə üçün çağırılan təcili yardımla Keşan Dövlət Xəstəxanasına aparılıb.
Körpəni zibil qabında tapan Nebahat Gümüş, ” Qırmızı saçlı bir qız əlindəki sarı çantanı zibil qabına atdığını gördüm. qızıma dedim ” Bax, bəlkə biri it atdı öləcək. ‘Gəldim, baxdım ki,  körpə ağlayır.Hava soyuq olduğu üçün körpəni evimə gətirib,  polisə və təcili yardıma zəng etdim. Sonra polis gəlib uşağın anasını tapdı. evinə gedəndə öncə 14 yaşlı qız qorxdu: ‘Qorxma, bu sizin günahınız deyil, uşağım’ ‘Sonra təcili yardım gəlib yeni doğuş edən ananı götürüb xəstəxanaya apardı” sözlərini deyib.
Polis A.A.-nı hamilə qoyan  şübhəlinin tutulması üçün istintaqa başlayıb.