Rusiyanın Novosibirsk vilayətində 54 yaşlı yerli sakin oyuncaq silahla mağazaya hücum edib.
Ren.tv-nin Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Novosibirsk vilayətinin Baş İdarəsinə əsasən yaydığı xəbərə görə, hadisə Çanovski rayonunun Kabaklı kəndində baş verib.
Həmin şəxs əlindəki silahla satıcıları qorxudaraq mağazadan düşbərə və ətirlər oğurlayaraq qaçıb.
Polislər onu evində tutublar. Məlum olub ki, o, oğurladığı düşbərələri yeyib, ətirləri isə içib.
Onu 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.