Tahir Mirkişili: “Bu, həm də gəlirlərin ədalətli bölgüsünə mühüm dəstək olacaq”

Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda “kölgə iqtisadiyyatı”na qarşı mübarizənin zəruriliyinə toxunub. Ölkə başçısı bundan sonra da “kölgə iqtisadiyyatı”na qarşı mübarizənin davam etdiriləcəyini bildirib.

Ölkə başçısının iradəsi və görülən tədbirlər fonunda 2020-ci ildə “kölgə iqtisadiyyatı”na qarşı mübarizədə daha böyük uğurların əldə edilməsi gözləniləndirmi?

Moderator.az-a açıqlama verən millət vəkili Tahir Mirkişili “kölgə iqtisadiyyatı”na qarşı mübarizənin əhəmiyyətinə diqqət çəkib, bununla bağlı gözləntilərini dilə gətirib:

“2019-cu ildə aparılan iqtisadi və kadr islahatları kölgə iqtisadiyyatının azalmasında həlledici mərhələ oldu. Bu prosses artıq qarşısıalınmaz bir prossesə çevrildi. Faydasını isə dövlət və vətəndaş öz həyatında hiss etdi. Əlavə gəlirlərin hamısı əhalinin sosial qayğısının gücləndirilməsinə sərf edildi. Dövlət başçısının güclü iradəsinə əsaslanan bu şəffaflaşma mərhələsi 2020-ci ildə daha da genişlənəcək. Hər bir sahədə qanun çərçivəsində fəaliyyət dəstəklənir, bu, dövlət siyasətidir.

Düşünürəm ki, 2020-ci ildə vətəndaşların maddi rifah halının daha da yaxşılaşması, həm də “kölgə iqtisadiyyatı”nın azalmasına əsaslanacaq. Bu, həm də iqtisadiyyatda gəlirlərin ədalətli bölgüsünə mühüm dəstək olacaqdır”.