“Facebook” şirkəti məxfiliyi qorumaq üçün yeni funksiyalar təqdim edir.

AZƏRTAC hightech.fm saytına istinadla xəbər verir ki, sosial şəbəkə istifadəçilərə “Məxfiliyin yoxlanması” (“Privacy Checkup”) bildirişini göndərməklə xəbərdarlıq etməyə başlayıb. Bununla istifadəçilər bütün məxfilik parametrlərini yoxlaya və lazımi dəyişikliklər edə bilərlər.

“Facebook” sosial şəbəkəsi insanlara şirkətlə hansı xidmətlərin və yerlərin istifadəçi məlumatlarını paylaşdıqlarını öyrənməyə imkan verən “Facebookdan kənar fəaliyyət” (“Off-Facebook Activity”) əlavəsini də təqdim edir. Bundan başqa, “Facebook” öz istifadəçilərinə xəbərdarlıq etmək üçün kənar xidmətlərin onların profilinə girişi və şəxsi məlumatlarından istifadəsi ilə bağlı bildirişlərini də göndərəcək.

Posted in: Elm