Microsoft” kibertəhlükəsizlik mərkəzi yaradacaq. Şirkət yeni mərkəzi üçün məkan olaraq Şimali İrlandiyanın paytaxtı Belfastı seçib. Mütəxəssislər qeyd edirlər ki, 2030-cu ilə qədər Şimali İrlandiya bu sahədə 5000-ə qədər əməkdaşın çalışdığı kibertəhlükəsizliyin qlobal mərkəzi kimi tanınacaq.

“BBC News” telekanalının Rusiya xidmətinin məlumatına görə, layihə çərçivəsində səksən beş yeni iş yeri yaradılacaq. Bu məqsədlə bu ölkənin İqtisadiyyat Nazirliyi 800.000 funt sterlinq vəsait ayıracaq.

“Microsoft” şirkətinin nümayəndəsi Darren Dillon bildirib ki, “Microsoft” Avropa, Orta Şərq və Afrikadakı ən böyük korporativ müştərilərinə dəstək verəcək.

Posted in: Elm