Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi və Vergilər Nazirliyinin təşəbbüsü ilə sahibkarların məlumatlandırılması məqsədilə fevralın 5-6-da seminar keçiriləcək.

ASK-dan AZƏRTAC-a bildirilib ki, “Vergi Məcəlləsinə edilmiş ən son dəyişikliklərin şərhi” mövzusunda seminar Vergilər Nazirliyinin əməkdaşı Fariz Yadigarov tərəfindən aparılacaq. Təlim ASK üzvləri üçün nəzərdə tutulub və ödənişsizdir.