Yanvarın 27-də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin akt zalında  ARB “Aranfilm” Yaradıcılıq Mərkəzinin ərsəyə gətirdiyi “Danışan əllər” sənədli filminin təqdimatı keçirilib.
  Ekran əsərində Azərbaycanın xalq artisti, professor, dirijor Cavanşir Cəfərovun həyat və fəaliyyətindən, uğurlarından, pedaqoji sahədə nailiyyətlərindən bəhs edilir.
 Qeyd edək ki, filmin ssenari müəllifi və rejissoru Babək Abbaszadə, operatoru Anar Seyidov, məsləhətçisi Əməkdar artist Əziz Qarayusifli, filmin direktoru Qənirə Qurbanlı, bədii rəhbəri Tahir Tahiroviç, prodüseri İqbal Məmmədəliyevdir.