Bu gün Əməkdar artist, görkəmli diktor Eldost Bayramın doğum günüdür. E.Bayramlı 1947-ci ilin 25 yanvar taeixində Kürdəmirin “Çöl-Ərəb” kəndində anadan olub. 1972-ci ildən Azərbaycan televiziya və radiosunda çalışır, Azərbaycan mədəniyyətinə, jurnalistikasına xidmət edir. Dağ şəlalalərinin saf və təmiz suyu kimi ürəklərə sərinlik, beyinlərə rahatlıq verən o gözəl səsin, sözün sahibini bu gün milyonlar sevir. Mənəvi atam kimi çox dəyər verdiyim Eldost Bayramı bu gün mən də təbrik etdim. Vaxtilə mənim üçün əlçatmaz xəyallar olan bu görkəmli simalarla, nə yaxşı ki, çalışdığım jurnalistika sahəsində yaxınlıq edə bildim. Dost, tanışlarımın içərisində o mənə həm bir ustad, həm səmimi dost, həm də atalıq qayğısı ilə yanaşan bir insan oldu. Odur ki, Eldost müəllimi hər zaman özümə mənəvi ata bildim. Bir çox tədbirlərimdə yaxından iştirak edib, mənə ilham verdi. Əlimdə olan bu fürsətdən istifadə edib Eldost Atanı ürəkdən təbrik edirəm. Ona Ulu Tanrının bəxş etdiyi bu gözəl və şərəfli ömrü sağlam, gümrah, hər zaman ziyalı ordusunun sıralarında ayaqüstə başa vurmağı arzulayıram. Eldost Ata, doğum günün mübarək!..
“Bu gün bir dostumun də doğum günüdür və axşam orda aparıcı olduğum üçün dostum dedi ki, bunu elə birlikdə qeyd edək. Qaldı ki, bu yaşa qədər gəlməyimə baxmayaraq həyatımda heç nədən peşman deyiləm. Radioda, televiziyada keçən vaxtlarımı həyatımın ən gözəl anları, dəqiqələri, saniyələri hesab edirəm- özüm üçün. Çünki, hər gün mənim üçün bir yenilikdi, güc-qüvvət almaqdı. Hesab edirəm ki, peşəmi düzgün seçmişəm və bunu öz tələbələrimə də tövsiyə etmişəm ki, həyatınızdan zövq almaq istəyirsinizsə, peşənizi dügün seçin. Peşəmi düz seçməyimin indi də bəhrəsini görürəm. Qırx yeddi ildir adıma xidmət edirəm və indi də adım özümə xidmət edir”.
Bu sözləri Əməkdar artist doğum günü ilə bağlı Moderator.az-a açıqlamasında bildirib.