Çində koronovirus təhlükəsi bayram tədbirlərinin ləğvinə səbəb olub.

2019-nCoV adını alan virusa yoluxanların sayı Çində 1 günə 830-dan 1287-yə çatıb.

Virusdan ölənlərin sayının 41-ə çatdığı da xəbər verilir. Son məlumatlara əsasən, koronavirus Hubey əyalətində 15 nəfəri öldürüb. Ölənlərdən ən gəncinin 48, ən yaşlısının isə 89 nəfər olub.

Bütün 41 ölüm faktı Çin ərazisində olsa da, koronavirus Tailand, Vyetnam, Sinqapur, Yaponiya, Cənubi Koreya, Tayvan, Nepal, Fransa və ABŞ-da da qeydə alınıb.

 

Bu gün Avstraliya rəsmiləri də Çindən təyyarə ilə gələn sərnişində koronavirus aşkarlandığını əlavə edib.

 

Epidemiloji təhlükə səbəbindən Böyük Çin Səddi ziyarətçiləri üçün bağlanıb. Ölkədə Çin Yeni ilinin qeyd olunması üçün tədiblərin böyük qismi ləğv olunub. Xəstəliyin ilk yayıldığı Uxan şəhərində isə Çin hökuməyi təcili şəkildə pasientlər üçün böyük xəstəxana inşa etməyə başlayıb. Tikinti işlərinin fevralın 3-də yekunlaşması gözlənilir.

Ümumdünya Səhiyyə Təşkilatı koronovirusla bağlı beynəlxalq fövqəladə vəziyyət elan etməsə də, virusun daha çox ölkədə yayılması haklında bunu edəcəyini açıqlayıb.(Modern.az)