BMT “Anadolu” agentliyinin (AA) dörd əməkdaşının Qahirədə saxlanmasından narahatdır və hadisəni araşdırmaq niyyətindədir

Trend-in “AA”ya istinadən verdiyi məlumata görə, bunu BMT baş katibinin mətbuat katibi Stefan Cüjarrik deyib.

S.Cüjarrik bildirib: “Jurnalistlərin saxlanılması və həbs olunması ilə bağlı xəbərlər bizi həmişə narahat edir. Biz bu məsələni araşdıracağıq”.

Xatırladaq ki, Misir polisi yanvarın 14-ü Türkiyənin “Anadolu” agentliyinin Qahirədə yerləşən ofisində reyd keçirib. Reyd zamanı əsassız olaraq agentliyin 4 əməkdaşı, o cümlədən Türkiyə vətəndaşı saxlanılıb.

AA və Türkiyənin Qahirədəki səfirliyinin vəkilləri Misir səlahiyyətlilərindən agentliyin əməkdaşlarının hazırda olduqları yer barədə məlumat vermələrini tələb ediblər.

Ofisdə axtarışlar yanvarın 15-i səhər saatlarına qədər davam edib. Polislər agentliyin əməkdaşlarından şəxsiyyət vəsiqələri, mobil telefonlar və kompyuterləri toplayıblar, onların agentliyin mərkəzi ofisi və ailə üzvləri ilə əlaqə saxlama cəhdlərinin qarşısını alıblar.

Polis reyd başlayandan sonra hadisə yerinə gələn AA-nın Qahirə o