Britaniya hökuməti 1960-1970-ci illərdə Sovet təbliğatına müqavimət olaraq “Reuters”i gizli şəkildə maliyyələşdirib.

Trend-in məlumatına görə, bu barədə Britaniya Milli Arxivi tərəfindən yayımlanan yarım əsr əvvəlki sənədlərdə bildirilir.

Bildirildi ki, baş ofisi Londonda olan özəl teleqraf agentliyi (Reuters) o illərdə maddi sıxıntı yaşadığına görə, təxminən 30 il İngiltərə Xarici İşlər Nazirliyinin strukturunda siyasi təbliğata cavabdeh olan Məlumat Tədqiqatlarları Departamentinin təklifinə razılıq verib.

“Reuters”in beynəlxalq nüfuzuna etimadın itirilməməsi üçün, agentliyin Latın Amerikasındakı işi qondarma bir şirkət, Yaxın Şərqdə isə “Reuters” xəbərlərinə abunə üçün daha çox pul ödəməyə başlayan “BBC” vasitələri ilə maliyyələşdirilirdi.