İranın 2019-cu ilin iyulundan bəri atdığı addımlar ciddi narahatlıq doğurur.
Bu sözlər İngiltərə, Almaniya və Fransa liderlərinin yaydığı birgə bəyanatdandır.
“İran bölgədə sabitliyi pozmağa davam edir. Biz nüvə razılaşmasına sadiq olduğumuzu bir daha bəyan edirik. İran da bu razılaşmadakı öhdəliklərini yerinə yetirməlidir”, – bəyanatda bildirib.
Tərəflər İranın Ukrayna təyyarəsini vurması məsələsinin araşdırılmasında birgə işləməyə hazır olduqlarını vurğulayıblar.(Axar.az )